Klub bütün müqavilələri ləğv etdi
13.04.2020 , 17:38

Perunun “Deportivo Koopsol” klubu koronavirus pandemiyasına görə futbolçuların və işçilərin olan müqavilələri ləğv edib.
Korner.az xəbər verir ki, bu barədə klubun prezidenti Freddi Eyms açıqlama verib.
O, bütün futbolçuların və klubda çalışan işçilərin işdən azad olunduğunu bildirib.
Buna səbəb, koronavirusa görə yerli çempionatın dayanması və klubun işçilərə məvaciblərini ödəyə bilməməsidi.
