Klub 18 futbolçusu ilə yollarını ayırdı
01.06.2020 , 19:18
Şotlandiyanın “Harts” klubu 18 futbolçusu ilə yollarını ayırıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, sözləşməsi başa çatan futbolçularla yeni müqavilə imzalanmayıb.
Qeyd edək ki, koronavirusa görə dayandırılan Şotlandiya çempionatında mövsüm vaxtından əvvəl yekunlaşıb və turnir cədvəlindəki vəziyyətə görə “Seltik” çempion elan edilib, “Harts” isə aşağı dəstəyə göndərilib.