Almaniya yığmasının futbolçusu Miroslav Kloze gözlənilən rekordu müəyyənləşdirib.
Korner.az-ın məlumatına görə, forvard Dünya çempionatları tarixində 16-cı qolunu vurub. Bununla da o, 15 qol vuran braziliyalı Ronaldonu ötüb.
Kloze 2002-ci ildəki dünya çempionatında ilk qolunu vurmuşdu. 36 yaşlı hücumçu Səudiyyə Ərəbistanı ilə qarşılaşmada xet-trik etmişdi.2002 və 2006-cı il mundiallarında 5 dəfə qol vuran futbolçu , 2010-cu ildə 4 , cari çempionatda isə 2 dəfə rəqib komandaların qapısına yol tapıb.
