İtaliya A Seriyasında XXXV turun oyunları başa çatıb.
Korner.az-ın məlumatına görə, “Latsio” doğma meydanda “Bolonya” ilə qarşılaşıb. Roma şəhərinin təmsilçisi rəqibini 6:0 hesabı ilə darmadağın edib.
Komandanın heyətində Miroslav Kloze 5 dəfə fərqlənib. Digər qolu isə Ernanes vurub.
