“Latsio” klubun veteran futbolçusu Miroslav Kloze komandası ilə olan müqavilə müddətini uzatmaq niyyətindədi.
Korner.az-ın məlumatına görə, bu xəbər italyan mətbuatında yer alıb. Almaniya yığmasının keçmiş hücumçusunun mövcud müqaviləsi may ayında bitəcək.
Dünya çempionatlarında ən çox qol vuran futbolçu “Latsio”nun yeni müqavilə təklifini gözləyəcək.
