İtaliya A Seriyasının “Latsio” – “ Napoli” oyununda futbolda az rast gəlinən bir hadisə yaşanıb.
Korner.az– ın məlumatına görə, “Latsi”onun hücumçusu Miroslav Kloze “Napoli”nin qapısına əli ilə qol vurub. “Napoli”nin oyuçuları öz etirazlarını bildirsələrdə , oyunun baş hakimi qolu qeydə alıb. Ancaq alman forvard hər kəsi təəcübləndirən hərəkət edib. O, hakimə qolu əli ilə vurduğunu etiraf edib. Bu etirafdan sonar hakim qolu ləğv edib. Bu hərəkətindən sonra “Napoli”nin oyunçuları Klozeni bu davranışına görə təbrik ediblər.
