Dünya Futbolu

Klopp “Yuventus”u rədd etdi

22.05.2019 , 15:39

Massimiliano Alleqrinin “Yuventus”u tərk edəcəyi bəlli olduqdan sonra komandanı kimin çalışdıracağı hələ də məlum deyil.

Turin nəhənginin rəhbərliyi “Liverpul”un çalışdırıcısı Yurgen Kloppun xidmətində maraqlıdır.

İtalyan jurnalist Tankredi Palmeri  klub rəhbərliyinin Kloppla əlaqə saxladığını yazıb. Ancaq alman mütəxəssis italyanlara “yox” cavabı verib.

Qeyd edək ki, Klopp “Liverpul”da 2015-ci ildən çalışır. Komanda bu mövsüm Çempionlar Liqasının finalına vəsiqə qazanıb. (goal.az)

Son yazılar

Yuxarı