Klopp yenə ən yaxşı oldu
07.02.2020 , 19:48

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu, “Liverpul”un çalışdırıcısı Yurgen Kloppdu.
Kloppun baş məşqçilik etdiyi “Liverpul” Premyer Liqada ötən ay keçirdiyi 5 oyunda qələbə qazanıb.
Mersisayd təmsilçisi hazırda 73 xalla liderdi.
