Klopp Qvardiolanın sözünü kəsdi – Video
26.07.2018 , 17:06
Beynəlxalq Çempionlar Kubokunun “Mançester Siti” – “Liverpul” matçından sonra keçirilən mətbuat konfransında maraqlı hadisə yaşanıb
Belə ki, “Mançestr Siti”nin baş məşqçisi Xosep Qvardiola oyun haqda şərh verərkən, Yurgen Klopp zala daxil olub. Qvardiola isə həmkarını mikrofon qarşısına dəvət edib və özü oradan ayrılıb.
Klopp isə etdiyi hərəkətdən utanaraq, “Bəlkə də indi Qvardiola mənim sözümü kəsəcək” deyib.
Qeyd edək ki, Beynəlxalq Çempionlar Kubokunda “Liverpul” “Mançester Siti”ni 2:1 hesabı ilə məğlub edib.
