Bu gün keçirilən “Borussia Dortmund” – “Frayburq” qarşılaşmasında maraqlı hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, “Dortmund”un 1-0 qalib gəldiyi qarşılaşmada baş məşqçi Jurqen Klopp oyunçusu Nuri Şahini sərt şəkildə tənqid edib.
Oyuna start heyətdə çıxan Nuri Şahin 63-cü dəqiqədə komanda yoldaşı Oliver Kirk ilə əvəzlənib. Oyundan çıxarılmasına görə əsəbləşən türk futbolçu baş məşqçiyə hirslənib. Nuri Şahinin etirazına əsəbləşən Klopp futbolçusunu sərt şəkildə danlayıb. Həmin görüntüləri sizə təqdim edirik:
