Klopp “Mançester Siti”yə qalib gəlməyin sirrini açıqladı
11.11.2019 , 21:36

“Əgər “Mançester Siti”ni məğlub etmək istəyirsizsə, onlar kimi oynamamalısız. Bu, dünyadakı bütün komandalar üçün belədi. Çünki onlar öz oyunlarında ən yaxşıdılar. Bunun mənası yoxdu.
Korner.az xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurqen Klopp İngiltərə Premyer Liqasının XII turunda “Manşester Siti” üzərindəki (3:1) qələbəni şərh edərkən deyib.
Bu səbəbdən oyun tərzimizi qabartdıq. İlk dəqiqələrdən intensiv oynadıq. Bu, oyunun gedişi üçün çox əhəmiyyətli oldu. İki inanılmaz qol vurduq. Bəzən bizim üçün çətin idi, ancaq yorulana qədər, oyuna nəzarət etdik”.
