"Liverpul"un baş məşqçisi Yürgen Klopp komandanı gücləndirmək niyyətindədi.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis A Seriyadan iki futbolçu ilə yaxından maraqlanır.
Bu barədə "Football İtalia" nəşri yazıb.
Mənbədə deyilir ki, mersisaydlılar "Latsio"da forma geyinən Federiko Marketti və "Milan"ın qapıçısı Dieqo Lopezi qışda transfer edəcək. Bu keçid yanvar ayında baş tutmasa, Klopp yay transfer pəncərəsində şansını yoxlayacaq.
Bu iki qapıçıdan daha çox Marketti optimal variant hesab olunur