Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Yurgen Klopp “Liverpul”la rəsmi müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, anlaşma 3 illikdir.
İngiltərənin məşhur “The Telegraph” nəşri iddia edir ki, 48 yaşlı alman çalışdırıcının illik məvacibi 7 milyon funt-sterlinq təşkil edəcək. Bununla da, o, İngiltərə Premyer Liqasının ən yüksək maaş alan baş məşqçisi kimi tarixə düşəcək.
