"İndi əsas məsələ xoşbəxtlikdən dəli olmayıb, cavab oyununa da bugünkü kimi istəkli və uyğun taktika ilə çıxmaqdı".
Korner.az-ın məlumatına görə, bu sözləri dünən Çempionlar Liqasının yarımfinalı çərçivəsində Madrid "Real"ını 4:1 hesabıyla darmadağın edən Dortmund "Borussiya"sının baş məşqçisi Yurgen Klop ZDF kanalına açıqlamasında deyib.
Gənc çalışdırıcı mövsümün sonunda İngiltərəyə köçəcək Götzenin oyunundan razıə qaldığını da qeyd edib: "Mən onunla və son xəbərdən sonra onun qərarını hörmətlə qarşılayan azarkeşlərimizlə fəxr edirəm".
