İngiltərə Premyer Liqasında mübarizə aparan “Liverpul”un baş məşqçisi Yürgen Klopp “Everton”a qarşı keçirəcəkləri matçdan qabaq maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis “Everton”un hücumçusu Romelu Lukaku haqda:
“Onu çox bəyənirəm. Çox yaxşı hücumçudu. Heç vaxt fikirləşməzdim ki, bir komandanın hücumçusu haqqında bu sözləri deyim. Ona çox hörmət edirik. Başqa futbolçulardan ötürmə qəbul etməlidi, dəstək görməlidi. Buna necə nail ola bilərik? Bu da mənim əsl vəzifəmdi”.
Klopp açıqlamasında Daniel Starricin”Liverpul”un heyətində derbidə iştirak etməyəcəyini də bildirib.
Xatırladaq ki, sabah Premyer Liqanın 30-cu turunda keçiriləcək “Liverpul” – “Everton” derbisi Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.
