Klopp cəzalandırıldı
19.05.2023 , 11:13

Premyer Liqanın “Tottenhem”lə matçında (4:3) hakimi təhqir etdiyinə görə “Liverpul”un baş məşqçisi Yurgen Klopp cəzalandırılıb.
Korner.az-ın məlumatına görə, cəza ötən gün verilib. Belə ki, 55 yaşlı təcrübəli çalışdırıcıya biri şərti olmaqla iki oyunluq cəza verib.
Bundan əlavə mütəxəssisə pul cəzası da kəsilib. O, 75 min funt-sterlinq məbləğində cərimələnib.
