Futbol

Klop: “Onunla bağlı kitab yaza bilərəm”

14.03.2019 , 11:18

Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya” klubunu 3-1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdıran “Liverpul” klubunun baş məşqçisi Yurgen Klop oyunla bağlı danışıb.

Almaniyalı çalışdırıcı xüsusilə Vircil Van Daykı tərifləyib və onun haqqında kitab yaza biləcəyini vurğulayıb.

“Vircil Van Dayk möhtəşəm futbolçudur. Onun güclü tərəfləri və xarakteri ilə bağlı kitab yazmaq olar. Bu gün əldə etdiyimiz qələbədə onun payı çoxdur.”

Qeyd edək ki, 1/4 finalın püşaatma mərasimi martın 15-i keçiriləcək.

Son yazılar

Yuxarı