Klop: “Hər kəs “Portu” ilə düşmək istəyirdi”
09.04.2019 , 10:30

“Liverpul”un baş məşqçisi Yurgen Klop Çempionlar Liqasında “Portu” ilə qarşılaşacaqları oyun ilə bağlı danışıb.
Görüşün çətin keçəcəyini qeyd edən almaniyalı çalışdırıcı rəqibi tərifləyib.
“Püşkatmaya qədər hər kəs “Portu” ilə qarşılaşmaq istəyir. Oyun günü isə qəribə hisslər yaşayırsan. Futboldan başı çıxanlar bilir ki, çətin rəqiblə üz-üzə gələcəyik”.
Qeyd edək ki, “Liverpul” – “Portu” görüşü bu axşam Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
