Klop: “Biz “Real” deyilik, amma…”
08.04.2019 , 13:25

“Liverpul”un baş məşqçisi Yurgen Klop Çempionlar Liqasındakı çempionluq şanslarını dəyərləndirib.
Hər il bütün mükafatlar üçün mübarizə apardığını deyən almaniyalı mütəxəssis bu il yenidən final üçün mübarizə aparacaqlarını bildirib.
“Çempionlar Liqasında ardıcıl ikinci mövsümü keçiririk. Biz “Real” Madrid kimi ardıcıl 3 dəfə bu mükafatı qazanmamışıq. Ancaq mübarizə aparacağıq.”
Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının son finalçısıdır.
