Klop: “Bəzi şeyləri qəbul etmək lazımdır”
04.05.2019 , 10:29

“Liverpul” klubunun baş məşqçisi Yurgen Klop çempionluq mübarizəsi haqqında danışıb.
“Barselona”ya məğlubiyyətin onlara yaxşı təsir etmədiyini deyən almaniyalı çalışdırıcı ayaqüstə qalmağa çalışdıqlarını bildirib.
“Futbolda qələbə qazanmaq üçün məğlubiyyətləri qəbul etmək vacibdir. Sonuncu uğursuz nəticəyə ilişib qalsaq, daha da pis olar. Bunun üçün heç vaxtımız da yoxdur.”
Qeyd edək ki, “Liverpul” Premyer Liqada bu gün “Nyukasl Yunayted” ilə qarşılaşacaq.
