İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Siti”nin futbolçusu Qael Klişi komandadan ayrılır.
Korner.az-ın məlumatına görə, bir müxbirin “gələn mövsüm Co Hart ilə birlikdə oynayacaqsan?” sualına fransız oyunçu belə cavab verib:
“Gələn mövsüm Conun burada olub olmayacağını bilmirəm, lakin mənim üçün bu, çətindi”.
Qeyd edək ki, 2010-11 mövsümündə “Arsenal”dan 7 milyon funt sterlinq qarşılığında “Mançester Siti”yə transfer olan müafiəçi bu mövsüm “şəhərlilər”in forması ilə 39 oyunda iştirak edib. Klişinin klubla müqaviləsi mövsümün sonunda bitir.
