Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gecə oynanılacaq “Dnepr” – “Qarabağ” matçı öncəsi UEFA rəsmilərindən təmsilçimizin azarkeşlərinə xəbərdarlıq edilib.
Korner.az-ın məlumatına görə, Kiyevdəki oyunu tribunadan izləyəcək həmyerlilərimiz üzərində “Qarabağ” FC 22 ildir bütün oyunlarını səfərdə keçirir, çünki onun təmsil etdiyi rayon işğal edilib. Kim tərəfindən? “Google” sizə kömək edər” – yazılmış pankart açmaq istəyiblər.
Ancaq Ağdam klubunun sadiq azarkeşlərindən olan Zaur Zakiroğlu özünün feysbuk profilində qeyd edib ki, UEFA bu pankartın açmalarına icazə verməyib və onlara pankartın açılacağı təqdirdə kluba texniki məğlubiyyət veriləcəyini deyib.
