Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Oleq Bloxin oktyabrda komandadan ayrılacaq .
Korner.az– ın məlumatına görə, Bloxin karyerasını Kiyev “Dinamo”sunda davam etdirəcək.
60 yaşlı mütəxəssis artıq “Dinamo” ilə 4 illik müqavilə bağlayıb. Ukrayna Futbol Federasiyası ilə əldə edilən anlaşmaya əsasən, Bloxin qarşıdakı 2 matçda yığmanın sükanı arxasında olacaq. O, millini oktyabrın 12-də Moldova, bundan 4 gün sonra isə Çernoqoriya ilə matçlara çıxaracaq. Ardından təcrübəli mütəxəssis tamamilə klubdakı işinə köklənəcək.
Qeyd edək ki, Kiyev “Dinamo”sunda baş məşqçi postu sentyabrın 24-də Yuri Syominin istefaya göndərilməsindən sonra boşalıb. Syominin rəhbərliyi altında son 5 matçdan 4-də “Dinamo” uduzub.
