Aprelin 9-18-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatına start verilib.
Korner.az-ın məlumatına görə, bu yarışda 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirak etməsi gözlənilir.
Yarışda “Zirvə” Beynəlxalq İdman Klubu – Zirve İnternational Sport Clubs-ın nümayəndələri də iştirak edirlər. Onlardan biri artıq körpücük üzərinə çıxaraq uğur qazanıb.
“Kişinyov-Zirvə”nin atleti Oleq Sırqi Avropa çempionatının qalibi olub. Moldovalı idmançı birdən qaldırma hərəkətində 113 kq-la 5-ci olsa da, təkanla qaldırmada daha yaxşı çıxış edib. Oleq 147 kq nəticə ilə həm bu hərəkətdə, həm də toplamda 260 kq-ı (113+147) ram etməklə qızıl medala sahib çıxıb.
