“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatının final mərhələsində növbəti yarış qrupunda mübarizə başa çatıb.
Korner.az-ın məlumatına görə, yaşı 20-dən çox olan kişilərdə medalların sahibləri məlum olub.
Qızıl medalı Moldovadan Andrian Zbirnea qazanıb. O, 396 kq (178+218) nəticə və 429.30 xalla hamıdan üstün olub. İkinci yerə 307 kq (145+162) nəticə və 418.50 xalla Türkiyədən Daniyar İsmayılov, üçüncü yerə isə 398 kq (180+218) nəticə və 410.67 xalla iranlı Reza Rohi çıxıb.