Ölkə futbolu

Kirilo Petrov: “Uypeşt” ciddi rəqibdi, amma keçilməz deyil”

27.06.2018 , 09:50

“Neftçi”nin müdafiəçisi Kirilo Petrov klubun rəsmi saytına müsahibə verib.

 

Təlim-məşq toplanışı haqda danışan ukraynalı futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsində püşkün nəticəsini dəyərləndirib:

 

– Artıq 5 gündü Türkiyədə təlim-məşq toplanışı davam edir. Hazırlıq necə keçir?
– Hər şey əladı. Yeni baş məşqçinin rəhbərliyi altında məşqlər maraqlı keçir. Qarşıdakı oyunlara ciddi hazırlaşırıq.

 

– Yeni baş məşqçi Roberto Bordin haqda nə deyə bilərsən?
– Yaxşı, ixtisaslı mütəxəssisdi. Təcrübəli və istəkli olduğu dərhal görünür. Hesab edirəm ki, onun rəhbərliyi altında oynamaq maraqlı olacaq.

 

– Çoxdandı avrokuboklarda çıxış etmirsən. Avropa Liqasında meydana çıxmaq, avrokubok abu-havasını yaşamaq üçün alışıb-yanmırsan ki?
– Əlbəttə, avrokubok həyəcanını mümkün qədər tez yaşamaq istəyirəm. Başqa bir ölkədə başqa bir çempionatın başqa bir komandasına qarşı oynamaq maraqlıdı. Başqa çempionatla müqayisədə Azərbaycan çempionatını, öz gücünü yoxlamaq yaxşı olardı. Fikrimcə, bizim komandada çoxları uzun müddətdi avrokuvoklarda iştirak etmirlər. Buna görə də hamımız üçün maraqlı olacaq.

 

– Püşkün nəticəsini necə dəyərləndirirsən? “Uypeşt”lə oyunlardan nə gözləyirsən?
– Təbii ki, rəqibə hörmətlə yanaşırıq. “Uypeşt” ciddi rəqibdi, amma keçilməz deyil. Öz oyunumuzu göstərsək, növbəti mərhələyə adlaya biləcəyik. Buna görə də çox ciddi hazırlaşmalıyıq.

 

– Avrokubok oyunu öncəsi azarkeşlərə nə sözün var?
– İstərdim ki, azarkeşlərimiz ilk oyundan başlayaraq sonadək bizi dəstəkləsinlər. “Neftçi”nin çoxdandı avrokuboklarda oynamadığını nəzərə alaraq “Dalğa Arena”ya gəlib, tribunaları doldursunlar. Yeni baş məşqçi və yeni futbolçularla bizim necə azarkeşlərimizin olduğunu görmək çox xoş olacaq.

Son yazılar

Yuxarı