Bu gün Topaz Premyer Liqasında 11-ci tura yekun vuruldu
Turun son günündə “Zirə” və “Neftçi” klubları üz-üzə gəldi. “Zirə”nin 1-0 qalib gəldiyi oyundan sonra “Neftçi”nin qapıçısı Kiril Petrovdan oyunla bağlı fikirlərini soruşduq.
-Oyun gərgin idi. Biz 90 dəqqə hücumdaydıq, “Zirə” isə daha çox defans oynayırdı. Ona görə də biz tərəfdən olan bir səhv oyunun taleyini həll etdi.
-O səhvdə kimin rolu var idi?
-Əvvəlcə meydanın mərkəzində səhv etdik, “Zirə” bundan istifadə edib tez hücuma keçdi. Sonra da mən topun gəlməsini düzgün ölçə bilmədim və vaxtından tez hoppandım ona görə də qolu buraxdıq.
-Daha sonra oyunda yaranan anlaşılmazlıqların səbəbi səhvin yaratdığı psixoloji emosiya olar bilərdimi?
-Xeyir biz bir ailəyik. Hər oyunda belə hallar baş verə bilir. Oyundan sonra heç bir gərginliyi yadımıza salmırıq.
-Sizi ümumilikdə 4 gərgin oyun gözləyirdi. Siz isə ilkindən məğlub ayrıldınız.
-Mən inanıram ki, biz gələn oyunlarda qələbə qazana biləcəyik. Bu gün də gördüyünüz kimi, biz oyuna örə uduzmadıq sadəcə bir səhv oyunun taleyini həll etdi.
-Oyunun sonlarına doğru Duriçlə bir gərginlik yarandı..
-Mən rəqibdən topu düzgün şəkildə aldım, lakin “Zirə”nin balkan oyuncuları faul olduğunu deyib qışqırmağa başladılar. Mən isə onlara cavab olaraq qışdıqrdım ki “Niyə qışqırırsan?” .
-Sonra Duriç sizin əlinizi sıxmaq istədi, amma siz etiraz etdiniz.
-Biz hamımız eyni işi görürük. Amma bəzi futbolçular təxribatla məşğul olurlar. Belə adamların əlini sıxmaq istəmir.
