“Neftçi” müdafiəçisi Kiril Petrovla bağlı yekun qərar verib.
Müdafiəçinin transferi üçün Türkiyənin I Liqasında çıxış edən “Girəsunspor” klubundan təklif alan “ağ-qaralar” onu komandada saxlamaq qərarına gəliblər. 27 yaşlı müdafiəçi qış transfer pəncərəsində “Neftçi”dən ayrılamayacaq.
Ukraynalı futbolçu bu mövsüm “Neftçi”nin heyətində 13 oyun keçirib və 1 qol vurub.
