Avropa liqası

Kiprdə türk hakimə görə narazılıq

26.11.2019 , 11:40

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Düdelanj” – APOEL oyununa türkiyəli hakimlər briqadası təyinat alıb. Qarşılaşmanı FIFA referisi Halis Özkahya idarə edəcək.

Bu təyinat kiprli azarkeşlərin narazılığına səbəb olub. Nikosiyalıların fan-klub səhifəsi bununla bağlı UEFA-nı tənqid edib:

“UEFA “Qarabağ”la Bakıdakı oyunda açılmış qondarma dövlətin (Şimali Kipr Türk Cümhuriyyəti nəzərdə tutulur) bayrağına görə rəqibi cəzalandırmaq əvəzinə, bizim “Düdelanj”la oyunumuza türk hakimləri göndərir. Məgər, başqa hakim yox idi?”.

“Düdelanj” – APOEL oyunu noyabrın 28-i Bakı vaxtı ilə 00:00-da baş tutacaq. Qrupun digər matçında eyni vaxtda “Qarabağ” “Sevilya”nın qonağı olacaq.

Son yazılar

Yuxarı