Kipr klubu “Qarabağ”a “yox” dedi
30.01.2023 , 11:42

Braziliyalı qapıçı Vana Alvesin Azərbaycana gəlişi baş tutmayıb.
Korner.az xarici mətbuata istinadən xəbər verir ki, “Qarabağ” qolkiperin xidmətində maraqlı olub. “Köhlən atlar”ın hazırda Kiprin “Aris” klubunda çıxış edən oyunçuya təklif göndərdiyi də bildirilir. Limassol təmsilçisi bunu qəbul etməyib.
32 yaşlı qapıçıını bir neçə klubun maraq dairəsindədir.
Vana Alves karyerası ərzində “Koritba” və “Porto” kimi komandaların formasını geyinib.
