Kipr – Azərbaycan: hakim təyinatları
05.09.2020 , 17:13
Millətlər Liqasının 2-ci turunda keçiriləcək Kipr- Azərbaycan oyununun hakimləri müəyyənləşib.
Korner.az xəbər verir ki, görüşün baş hakimi slovakiyalı Filip Qlova olacaq. Ona yerliləri Peter Bednar və Frantişek Ferents kömək edəcək. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.
Qeyd edək ki, Kipr – Azərbaycan oyunu sentyabrın 8-də Bakı vaxtı ilə 22:45-də start götürəcək.