Gürcüstanın idman naziri postuna namizəd olan Levan Kipiani idmanı siyasətdən təmizləmək niyyətindədir.
"İdmanın siyasətdən tamailə azad edilməsi lazımdır. Biz bu istiqamətdə işləyəcəyik. Bu çox mühüm məsələdir və Gürcüstandan başqa bütün dünya ölkələri bu istiqamətdə çalışır", deyə o bildirib.
Məşhur gürcü futbolçu David Kipianinin oğlu olan Levan Kipiani müxtəlif illərdə Gürcüstan uşaq futbol federasiyasında çalışıb, "Lokomotiv" stadionunun direktoru olub. Gürcüstan Futbol Federasiyası ilə yaşanan münaqişədən sonra isə "Bizim futbol" hərəkatının yaradıcılarından biri olub.
