Kintana sabiq klubuna qayıdır?
15.06.2018 , 12:54

“Qarabağ”la müqaviləsi başa çatan Dani Kintana Ağdam klubu ilə yeni sözləşmə imzalamaya bilər. Onun bir neçə təklifi var.
Ərəb və İspaniya klublarından təklif alan Ağdam klubunun yarımmüdafiəçisinə bu dəfə Polşa klubu “elçi düşüb”. 31 yaşlı oyunçu sabiq klubu “Yaqelloniya”nın transfer hədəfindədi. Belostok təmsilçisi azad agent statusu daşıyan ispaniyalını heyətinə qatmaqda israrlıdı. Tərəflər arasında danışıqlar gedir və anlaşma əldə edilsə, transfer rəsmiləşəcək.
Kintana 2015-ci ildən “Qarabağ”da çıxış edir. O, 2013-15-ci illərdə “Yaqelloniya”da çıxış edib və 56 oyuna 20 qol vurub.
“Qarabağ” Pedro Enrike, Ramil Şeydayev, Rahid Əmirquliyev, Ağabala Ramazanov, Əfran İsmayılov, Riçard Almeyda, İbrahim Şehiç, Elvin Yunuszadə və Arif Daşdəmirovla yolları ayırıb.
