Kintana AL-in ən yaxşıları arasında
25.10.2019 , 19:17

Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunlarından sonra futbolçuların reytinq cədvəli açıqlanıb.
Korner.az xəbər verir ki, cədvəldə “Qarabağ”ın futbolçusu Dani Kintana ən yaxşılar arasında yer alıb.
Belə ki, ispan yarımmüdafiəçi 5108 xalla AL-in qrup mərhələsinin ən yaxşı 2-ci oyunçusudu. 1-ci sırada “Sevilya”dan Franko Vaskes (5542), 3-cü sırada isə “Latsio”dan Sergey Milinkoviç-Saviçdi (4931).
Dani Kintana “Qarabağ”ın APOEL-lə 2:2 hesablı heç-heçə etdiyi 3-cü tur oyununda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.
