“Kimsə bizə xal hədiyyə etməyəcək” – Hamşik
18.11.2019 , 18:46

Slovakiya millisinin kapitanı Marek Hamşik AÇ-2020-nin seçmə mərhələsinin sonuncu turunda Azərbaycana qarşı keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçi qalib gəlmək arzusunda olduqlarını deyib:
“Elə bir mərhələdəyik ki, burada kimsə bizə xal hədiyyə etməyəcək. 90 dəqiqə ərzində tam diqqətli olmalıyıq. Vaxtdan yaxşı istifadə etmək və qələbə qazanmaq istəyirik. Kardiffdəki nəticə də bizim üçün önəmlidir. Bəlkə də tribunadakı azarkeşlərimiz həmin oyunu telefonla izləyəcək. Bizim diqqətimiz isə yalnız meydançada olacaq”.
