Məşhur məsəl var: “Kiminin əvvəli, kiminin axırı”. Vaxt var idi, Ceyhun Haşımov futbolumuzda “at oynadırdı”. 3 qəpiklik hakimliyi vardı, gəl ki, “day-dayı” Əli Hüseynovun əlini çiynində hiss edirdi deyə, bir ara hətta gənclərə müəllimlik də edirdi. Qardaşı Mübarizi gətirmişdi hakimliyə. Atası Səfər Haşımov hakim-inspektor idi. Ata-bala xımır-xımır yeyirdilər…
Vaxt gəldi, dövran dəyişdi, “təmizləmə əməliyyatı” haşımovlardan birini – göz önündə daha çox olanı apardı. Bir vaxtların bərkgedən Ceyhunu indi AFFA-nın uşaqlar arasında keçirdiyi liqa oyunlarına baş hakim kimi təyinat alır.
Bir vaxtın “müəllim”inin indi “molodoylar”la oyun idarə etməsi… Çox ağır hissdi yəqin ki…
