Kim Min Cen İngiltərə klublarının hədəfində
15.05.2023 , 19:46

Mövsümün sonunda “Napoli”nin futbolçusu Kim Min Cen komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, futbolçu ilə İngiltərənin nəhəng klubları “Mançester Yunayted”, “Tottenhem” və “Çelsi” maraqlanır.
Kim Min Cenin İtaliya klubu ilə müqaviləsinə görə, iyulun 1-dən iyulun 15-dək digər klublar üçün keçərli olan 48 milyon avroluq sərbəstlik haqqına malikdir.
Cənubi Koreyalı müdafiəçi 18,05 milyon avro qarşılığında “Napoli”yə transfer olunmuşdu.
