Topaz Premyer Liqasında qış fasiləsi yaranıb.
Korner.az-ın məlumatına görə, hələ “transfer pəncərəsi rəsmən açılmasa da, bir neçə komanda heyətində təmizləmə işlərinə artıq start verib.
İki klub – “Qarabağ” və AZAL isə hələlik heyətinə yeni oyunçu cəlb edən yeganə komandalardı.
Qeyd edək ki, Azərbaycanda “transfer pəncərəsi” yanvarın 4-də rəsmən açılacaq.
“Qarabağ”
Gələn: Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)
Gedən: Vladimir Dmitrovski
Müqavilə müddətini artıran: Yoxdu
“İnter”
Gələn: Yoxdu
Gedənlər: Abdulla Abatsiyev, Səlahət Ağayev
Müqavilə müddətini artıran: Yoxdu
“Zirə”
Gələn: Yoxdu
Gedən: Yoxdu
Müqavilə müddətini artıran: Yoxdu
“Qəbələ”
Gələn: Yoxdu
Gedənlər: Fakundo Pereyra (PAOK, Yunanıstan: icarədən qayıdıb), Derlis Meza Kolli (“Serro Porteno”, Paraqvay), George Floresku, Vüqar Nadirov, Vaqif Cavadov
Müqavilə müddətini artıran: Roman Qriqorçuk (baş məşqçi), Rafael Santos
“Kəpəz”
Gələn: Yoxdu
Gedən: Yoxdu
Müqavilə müddətini artıran: Yoxdu
“Neftçi”
Gələn: Yoxdu
Gedən: Yoxdu
Müqavilə müddətini artıran: Yoxdu
AZAL
Gələn: Adan Koronado (Meksika)
Gedən: Yoxdu
Müqavilə müddətini artıran: Yoxdu
“Sumqayıt”
Gələn: Yoxdu
Gedənlər: Elnur Abdulov, Fuad Məmmədzadə
Müqavilə müddətini artıran: Yoxdu
“Xəzər Lənkəran”
Gələn: Yoxdu
Gedənlər: Rahid Əmirquliyev (“Qarabağ”), Rasim Ramaldanov, Sadio Tounkara, Manuel Skarlatake, Orxan Sadıqlı
Müqavilə müddətini artıran: Yoxdu
“Rəvan”
Gələn: Yoxdu
Gedən: Məhəmməd Alıyev
Müqavilə müddətini artıran: Yoxdu
