Premyer Liqanın XXXII turu həm çempionatın mükafatçılarından, həm də avrokuboklara vəsiqələrdən ikisinin sahibinə aydınlıq gətirəcək.
Korner.az-ın məlumatına görə, artıq çempion olan “Neftçi” ilə avrokuboklara yüksəlmək və mükafat qazanmaq şansı bitən “Qəbələ” arasında oyun nisbətən formal xarakter daşıyacaq.
Lakin digər 2 görüş həm mükafatlara, həm də “Neftçi” və “Bakı” ilə birlikdə qitə kuboklarına yüksələcək komandaların adının müəyyənləşməsində həlledici rol oynayacaq.
Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Qarabağ” və Bakıda baş tutacaq “İnter” – “Bakı” qarşılaşmaları paralel başlayacaq. Bu 2 oyunda ümumilikdə 9 nəticə variantı var. Peşəkar Futbol Liqasının rəsmi internet saytı bütün nəticə variantlarında mükafat bölgüsünün necə olacağını təqdim edir.
1. “Xəzər Lənkəran” və “İnter” qalib gəlir
2.“Xəzər Lənkəran” – 59
3.“İnter” – 56
4.“Qarabağ” – 53
Gümüş “Xəzər Lənkəran”ın, bürünc “İnter”in olur. Hər ikisi Avropa Liqasına vəsiqə qazanır.
2. “Xəzər Lənkəran” qalib gəlir, Bakıda heç-heçə
2.“Xəzər Lənkəran” – 59
3. “İnter” – 54
4.“Qarabağ” – 53
Gümüş “Xəzər Lənkəran”ın, bürünc “İnter”in olur. Hər ikisi Avropa Liqasına vəsiqə qazanır.
3. “Xəzər Lənkəran” və “Bakı” qalib gəlir
2.“Xəzər Lənkəran” – 59
3.“Qarabağ” – 53
4.“Bakı” – 53
5.“İnter” – 53
Gümüş “Xəzər Lənkəran”ın, bürünc “Qarabağ”ın olur. Ağdamlılar “İnter” və “Bakı”nı şəxsi oyunlarda üstələyir. Onlar bu 2 rəqibi ilə oyunlarda 17 xal qazanıb. Şəxsi oyunlardakı 12 xal “Bakı”nı 4-cü, 5 xal isə “İnter”i 5-ci edir. Hər iki mükafatçı Avropa Liqasına vəsiqə qazanır.
3
Qarabağ (Ağdam) 2:1 2:4 1:0 1:0
3:0 2:1 0:0 1:1
4 Bakı 0:3 1:2 4 1:0 0:1
1:2 4:2 +: –
5 İnter (Bakı) 0:0 1:1 –:+ 5
0:1 0:1 0:1 1:0
4. “Xəzər Lənkəran” heç-heçə edir, “İnter” qalib gəlir
2.“Xəzər Lənkəran” – 57
3.“İnter” – 56
4.“Qarabağ” – 54
Gümüş “Xəzər Lənkəran”ın, bürünc “İnter”in olur. Hər ikisi Avropa Liqasına vəsiqə qazanır.
5. Hər 2 oyun heç-heçə bitir
2.“Xəzər Lənkəran” – 57
3.“Qarabağ” – 54
4.“İnter” – 54
Gümüş “Xəzər Lənkəran”ın, bürünc “Qarabağ”in olur. Ağdamlılar “İnter”i şəxsi oyunlarda üstələyir – 1:0, 0:0, 1:1, 1:0. Hər iki mükafatçı Avropa Liqasına vəsiqə qazanır.
6. “Xəzər Lənkəran” heç-heçə edir, “Bakı” qalib gəlir
2.“Xəzər Lənkəran” – 57
3.“Qarabağ” – 54
4.“Bakı” – 53
5.“İnter” – 53
Gümüş “Xəzər Lənkəran”ın, bürünc “Qarabağ”in olur. “Bakı” “İnter”i şəxsi oyunlarda üstələyir – +:-, 1:0, 0:1 və son oyundakı nəticə. Hər iki mükafatçı Avropa Liqasına vəsiqə qazanır.
7. “Qarabağ” və “İnter” qalib gəlir
2.“Qarabağ” – 56
3.“İnter” – 56
4.“Xəzər Lənkəran” – 56
Hər 3 komandanın 56 xalı olur. Şəxsi oyunlardakı 15 xal “Qarabağ”a gümüş, “İnter”in 9 xalı bürünc qazandırır. Şəxsi oyunlarda cəmi 8 xalı olan “Xəzər Lənkəran” mükafat və avrokuboksuz qalır.
2
Qarabağ (Ağdam)
2 1:0 1:0 0:1 1:0
0:0 1:1 0:0
3
İnter (Bakı) 0:0 1:1 3 1:0 0:0
0:1 0:1 1:0 0:2
4
Xəzər Lənkəran 0:0 0:1 0:1 2:0 4
1:0 0:1 0:1 0:0
8. “Qarabağ” qalib gəlir, Bakıda heç-heçə
2.“Qarabağ” – 56,
3.“Xəzər Lənkəran” – 56,
4.“İnter” – 54
Şəxsi oyunlardakı nəticələr “Qarabağ”a gümüş, “Xəzər Lənkəran”a bürünc qazandırır. “İnter” mükafatçılar və avrokuboklardan kənar qalır.
9. “Qarabağ” və “Bakı” qalib gəlir
2.“Qarabağ” – 56, 3.“Xəzər Lənkəran” – 56, 4.“Bakı” – 53, 5.“İnter” – 53
Şəxsi oyunlardakı nəticələr “Qarabağ”a gümüş, “Xəzər Lənkəran”a bürünc qazandırır. “İnter” mükafatçılar və avrokuboklardan kənar qalır.