Çempionlar Liqası III turunda "Atletiko" ilə öz meydanında qarşılaşan "Qarabağ" həmin matçda 0:0 hesablı bərabərliklə ayrılmışdı. Sözügedən oyunda söz-söhbətə səbəb olan A4 kağızlarından yaradılan xoreoqrafiyanın müəllifi yeni pankart hazırlayıb.
"Qarabağ"ın Çempionlar Liqası V turu çərçivəsində "Çelsi" ilə oynadığı oyunda azarkeşlər bu dəfə A4 kağızlarında "Qarabağ" yazısından başqa ingilis dilində "Kiçik xoreoqrafiya, böyük ürək, böyük sevgi" yazısını qeyd edib. Bir qrup azarkeşlər "Qarabağ" sevgisini bu yolla çatdırıb.
