big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Kiçik adamların “Böyük oyun”u (KÖŞƏ)

09.09.2014 , 15:05

İntizam Komitəsinin bugünkü qərarından sonra AFFA-nın illərdi “Böyük oyun”u kiçiltmək yönündə apardığı işi uğurla davam etdirməsini “alqışladım”. Adamlara futbol lazım deyil, onların istəyi başqadı. Onlar sənin, mənim payım olan neftdən gələn pulları yemək üçün illərdi o kreslolarda oturublar. Onlar yalan danışırlar, milyonlar xərcləyib arvadların çempionatını Bakıya saldırmaqla gözə kül üfürürlər, boşboğazlıq edirlər. Onlar azarkeşdən qorxurlar, qorxmasalar, “istefa” deyəni az qala vətən xaini çıxartmazlar, qorxmasalar, xuliqan adıyla “içəri” basdırmazlar, qorxmasalar, iki ildi bu ölkənin əsas futbol oyunundan məhrum etməzlər. Qorxurlar, çünki azarkeş kütlədi – hər an onları oturduqları kreslo ilə 4-cü mərtəbədən ata biləcək kütlə!

***

“Xəzər Lənkəran” azarkeşi bu ölkənin üç əsas azarkeş tribunasında bəzəkdisə, onu stadiondan uzaqlaşdıranın qafasının içindəki beyin deyil, “bəzək”in qafiyəsidi. Keçənilki “Böyük oyun”dan bəri bu klubun özünə, fanatlarına qarşı başladılan “soyqırımı” hələ də davam edir. Niyə, nə üçün? Axı həmin ramin musayevlər, rövnəq abdullayevlər, elxan məmmədovlar deyildimi “iş adamlarını futbola cəlb etməliyik, küsdürməli deyilik” – deyənlər? Bu adamlar deyildimi az qala hər toplantıda “stadionlara daha çox azarkeş gəlməlidir” – deyənlər? Bunlar deyildimi oyun bitməmiş stadionu tərk edən azarkeşlərdən um-küs edən? Halbuki o azarkeşin altında ondakı 100 minlik maşından olmadığını, stadiondan metroda basırığa düşməmək üçün tez çıxdığını anlamayacaq qədər əbləhdilər. Az qala 50 min dəfə yazdıq, dedik: yığmanızın (başınıza dəysin belə komanda), klublarınızın gecə oyunlarından əvvəl Metropolitenə bir lənətəgəlmiş məktub yazın, insanlar küçədə qalmasınlar oyunlardan sonra! 
Bu adamlar deyildimi stadionların “göbələk” kimi artdığını deyən? Hanı? Bir ölkənin ki əsas oyununu keçirməyə normal projektorlu, ot örtüklü stadion tapa bilmirik, nədir bu boşboğazlığın arqumenti? Bir ölkənin ki stadionlarında qazon, demək olar, hər ay (!) dəyişdirilir, “qarınağrısı”nın nə olduğunu tapmaq üçün mütləq həkimmi olmalıyıq? Hanı sənin dallarına həvəslə, yekə-yekə “Arena” sözcüyünü calaq elədiyin “Bakcell Arena”n, “Dalğa Arena”n, “Bayıl Arena”n, hanı sənin “Tofiq Bəhramov”un, Rövnəq Abdullayev? Axı bunları “sən” tikdirmişdin, sinənə döyə-döyə “stadionlarımız artıb” – deyirdin! Gör bu ölkənin futbolunu nə günə salmısan ki, “Böyük oyun” “keçəl” qazonlu stadiona salınıb, özü də 17.30 kimi “bezdarnı” vaxta. Ona görə ki, o stadionun heç projektoru da yoxdu…

***

Əmin ol azarkeş qardaşım, sən sənin, mənim cibimin pulu ilə maliyyələşən “İdman Azərbaycan”ın, AzTV-nin vecinə də deyilsən. Veclərinə olsaydın, oyunu yayımlayardılar. Heç olmasa, İntizam Komitəsinin bugünkü qərarından sonra yayımlamaq qərarı verərdilər. 
Sən bu fanatı olduğun klubun başında oturanların da vecinə deyilsən. Veclərinə olsaydın, səni avtobuslara doldurub gizlin-oğrun səfər oyununa aparmaz, dava düşəndə də “nəyə gəlmisiz, demişdik axı, gəlməyin” – şəklində artistlik eləməz və nəhayət, “içəri”də uğrunda həbsə düşdüyün klubun bircə “peredaça”sını yeyərdin, öz pulunla qurtulmazdın 6 aylıq məhbəsdən. Veclərinə olsaydın, nə yolla olur-olsun “Böyük oyun”un yayımına nail olardılar – rəqibin internetlə yayım təklifinə “yox” deməzdilər.

Sən bunların vecinə deyilkən, niyə özünü fəda edirsən ki? Fədakarlıq sənəmi qalıb? Sən onsuz da cibindən çırpışdırılanlarla bunların qanmayacağı qədər fədakarlıq edirsən illərdi…

Son yazılar

To Top