Keyndən yeni rekord
25.09.2023 , 14:32
“Bavariya”nın futbolçusu Harri Keyn Almaniya çempionatıda yeni rekorda imza atıb.
Korner.az xəbər verir ki, o, dünən “Bohum”a qarşı keçirilən (7:0) oyunda 3 qol vuraraq buna nail olub.
Belə ki, ingilis oyunçu Bundesliqada debüt etdiyi mövsümdə ilk 5 turda qol vuran ilk oyunçu adını qazanıb.