Keyn qayıtdı
27.03.2024 , 22:23

“Bavariya”nın hücumçusu Harri Keyn zədəsini sağaldıb.
Korner.az xəbər verir ki, futbolçu komanda ilə məşqlərə başlayıb.
Bu barədə klubun saytı məlumat yayıb.
Keyn bu mövsüm Münhen təmsilçisinin 35 oyuna çıxıb, 37 qol vurub və 12 qolun ötürməsini verib.
