Keyn Anrini geridə qoydu
08.03.2022 , 18:37
“Tottenhem” İngiltərə Premyer Liqasının XVIII turunda “Everton”u darmadağın edib – 5:0.
Korner.az xəbər verir ki, bu matçda dubl edən Harri Keyn çempionatda 176 qol sayına çatıb. O, vurduğu qol sayında keçmiş hücumçu Tyerri Anrini geridə qoyub.
Keyn 176 qolla Premyer Liqa tarixinin bombardirləri siyahısında 6-cı yerə yüksəlib.
Çempionatın bombardiri 260 qolla “Nyukasl”ın keçmiş futbolçusu Alan Şirerdir.