Keylor Navas “Real”da qalacaq
09.08.2018 , 12:35

“Real”ın qapıçısı Keylor Navas Madrid klubundan ayrılmağı düşünmür.
O, “kral klubu”nun “Çelsi”dən Tibo Kurtuanı transfer etməsinə baxmayaraq, belçikalı qolkiperlə əsas qapıçı olmaq uğrunda mübarizə aparmağa hazırdır. “Real”ın da 2021-ci ilin yayında müqaviləsinin müddəti başa çatacaq Navası satmağı planlaşdırmadığı vurğulanıb.
Qeyd edək ki, T.Kurtua bu gün “Real”la rəsmi müqaviləyə imza atacaq.
