Keylor Navas: “Mən mübarizə aparacam”
04.04.2019 , 13:00

Madridin “Real” klubunun qapıçısı Keylor Navas gələcək karyerası ilə bağlı danışıb.
Kosta-Rikalı qapıçı Madrid klubunda qalmaq istədiyini və bunun üçün mübarizə apardığını deyib.
“Mənə get desələr, klubdan getməyə hazıram. Ancaq mən bu kluba bağlıyam. Burada qalıb, mübarizə aparacam.”
Qeyd edək ki, Keylor Navas 2014-cü ildən “kral klubu”nun qapısını qoruyur.
