Almaniya yığmasının sabiq futbolçusu Kevin Kuranyi karyerasını bitirib.
Korner.az-ın məlumatına görə, bu barədə Bild nəşri yazıb.
Karyerasını bitirmək haqda informasiyanı isə futbolçu özü verib:
“Nəhayət ki, mənim də məqamım gəldi. Artıq 35 yaşım var. Hesab edirəm ki, karyeramı bitirməyin vaxtıdı. İndi vaxtımı başqa işlərə həsr etməliyəm”.
