Kevin Durent növbəti mövsüm komandasını dəyişə bilər
25.12.2018 , 09:25

“Qolden Steyt”in basketbolçusu Kevin Durent karyerasını Nyu-Yorkda davam etdirə bilər. Bu barədə The Athletic nəşrinin jurnalisti Frenk İzola məlumat yayıb.
O bildirir ki, “Nyu-York Niks” növbəti mövsüm Durenti heyətinə qatmaq üçün əlindən gələni edəcək. Durent 2019-cu ildə azad agent olacaq. Bu səbəbdən onun “Nyu-York”a keçməsi real görünür. Bundan əlavə, bir neçə mənbə də “Niks”in şansını daha çox olduğunu hesab edir.
Durent bu mövsüm 29 xal ortalaması ilə oynayır. Təcrübəli basketbolçu 7.8 ribaund və 6.1 asist ortalaması ilə liqaya davam edir.
