Kessyen rəsmən “Barselona”da
04.07.2022 , 16:36
“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Milan”dan Frank Kessyeni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu 2017-ci ildən “Milan”da çıxış edirdi.