“Keşlə”nin zədəlisi məşqlərə başladı
18.10.2018 , 17:32

Topaz Premyer Liqasında işləri yolunda getməyən “Keşlə”nin zədəlisi Fuad Bayramov məşqlərə başlayıb.
23 yaşlı yarımmüdafiəçi fərdi məşqlərlə kifayətlənir. Bayramovun hələ bir müddət oynamayacağı gözlənilir.
Qeyd edək ki, Bayramov Türkiyədə əməliyyat olunmuşdu.
